BƏLƏDİYYƏ

Bələdiyyə sədri: “Məqsədimiz DSMF borcunu bağlamaqla üzləşdiyimiz problemlərin həllinə nail olmaqdır”

Bələdiyyə sədri: “Məqsədimiz DSMF borcunu bağlamaqla üzləşdiyimiz problemlərin həllinə nail olmaqdır”

“Bu gün Rəhimli bələdiyyəsinin kifayət qədər DSMF borcu olsa da ruhdan düşmür, bacardığı qədər qüvvələri səfərbər etməklə sakinlərin qarşılaşdığı problemlərin həllinə çalışır”- bu fikirləri Əlirəhim Bibiquliyev deyib. 

Sel sularının yaratdığı problemləri aradan qaldırmaq üçün Sabran RİH -in təşəbbüsü və  bələdiyyənin təşkilatçılğı ilə “Padar Bor- bor”avtombil magistral yolunu  birləşdirən körpudə  bərpa işləri həyata keçilmiş və məktəblilərin gediş-gəlişi  təmin olunmuşdur. 

Qeyd edək ki, sədrin sözlərinə görə, hazırda bələdiyyənin DSMF -yə 10 min manatdan artıq borcu var. Bələdiyyə bu gün bütün qüvvəsini səfərbər etməklə bu borcu bağlamaq üçün vergi yığımını artırmağa çalışır.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/