Azərbaycana məxsus “SU-25” qırıcıları “Anadolu Qartalı – 2025″də uçuşlar ediblər – VİDEO
Azərbaycanın hərbi pilotları “Anadolu Qartalı – 2025” beynəlxalq təlimində növbəti uçuşlarını həyata keçirib.
“Report”un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycana məxsus “SU 25” qırıcıları 45 dəqiqə ərzində səmada olublar.
Azərbaycanın hərbi pilotlarının uçuşu izləyicilərin marağına səbəb olub.
Qeyd edək ki, hərbi təlimdə Azərbaycan və Türkiyə ilə yanaşı, ABŞ, Qətər, Macarıstan, Misir, Səudiyyə Ərəbistanı, İordaniya və NATO rəsmiləri də iştirak edir.
Bundan başqa, Malayziya, Braziliya, Bolqarıstan, Mali və Nigeriya müşahidəçi qismində “Anadolu Qartalı – 2025” beynəlxalq təlimini izləyir.






Mənbə: Report.Az