İDMAN

Azərbaycan Milli Olimpiya Komitəsinin iki üzvü AOK-un müxtəlif komissiyalarına üzv seçilib

Avropa Olimpiya Komitələrinin (AOK) İcraiyyə Komitəsi 2025-2029-cu illər üzrə komissiyanın yeni tərkibini təsdiqləyib.

“Report”un məlumatına görə, komissiyanın yeni tərkibində Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) iki üzvü də yer alıb.

Qərara əsasən, MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev AOK-un eSports Komissiyasının, beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov isə Avropa İttifaqı və Beynəlxalq Əlaqələr Komissiyasının üzvü seçiliblər.

Mənbə: Report.Az