İDMAN

İtaliyalı tennisçi Böyük Dəbilqə yarışlarının tarixinə düşüb

İtaliyalı tennisçi Yannik Sinner Böyük Dəbilqə turnirlərinin tarixinə düşüb.

“Report” “Opta”ya istinadən xəbər verir ki, o, bu yarışlarda 75 qələbə qazanan ilk italiyalı tennisçi olub.

Y.Sinner bunu “Uimbldon”un açılış turunda, ATP reytinqində 95-ci olan həmyerlisi Luka Nardini 3:0 (6:4, 6:3, 6:0) hesabı ilə məğlub edərək reallaşdırıb.

Qeyd edək ki, hazırda dünyanın 1 nömrəli tennisçisi sayılan Yannik Sinner ikinci turda ATP reytinqində 93-cü olan avstraliyalı Aleksandr Vukiçlə üz-üzə gələcək.

Mənbə: Report.Az