Balakən rayonunda “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar tədbir keçirilib – FOTO
Balakən rayonunda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Balakən rayon Komissiyasının təşkilatçılığı ilə 26 iyun- “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının birinci müavini, Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Balakən rayon komissiyasının sədri Turan Dibirov narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri barədə ətraflı məlumat vermiş, narkomaniyanın və onun törədə biləcəyi fəsadların qarşısının alınmasında gənclərin üzərinə düşən ictimai vəzifələr barədə tədbir iştirakçılarını məlumatlandırmışdır.
Mənbə: Turkustan.Az