İDMAN

“Qəbələ”dən ayrılan Elvin Yunuszadə bir neçə komanda ilə danışıqlar aparır

“Qəbələ” klubundan ayrılan Elvin Yunuszadə bir neçə komanda ilə danışıqlar aparır.

32 yaşlı futbolçu bu barədə “Report”a açıqlama verib.

“Qəbələ” ilə ilkin danışığımız olmuşdu. Əslində, komandada qalmalı idim. Sonra bəzi nüanslara görə fikir ayrılığı yarandı. Ona görə də yolları ayırmaq qərarına gəldik. Bir neçə komanda ilə danışıqlar aparırıq. Yaxın günlərdə hər şey bəlli olacaq”, – deyə təcrübəli müdafiəçi bildirib.

Qeyd edək ki, “Qəbələ” 2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında oynamaq hüququ qazanıb.

Mənbə: Report.Az