BƏLƏDİYYƏ

Günel Ağayeva: “Büdcə gəlirini ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfəyədək artıra bilmişik”

Günel Ağayeva: “Büdcə gəlirini ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfəyədək artıra bilmişik”

“Son seçkilərdə Nohurqışlaq və Tüntül bələdiyyələrinin əhatə etdiyi Nohurqışlaq, Tüntül və Yengicə kəndlərində Nohurqışlaq bələdiyyəsi formalaşdırıldı”- bu fikirləri Qəbələ rayonu Nohurqışlaq bələdiyyəsinin sədri Günel Ağayeva bildirib.

Bu gün Nohurqışlaq bələdiyyəsinin inzibati binasında əsaslı təmir işləri aparılıb.  Və bələdiyyə  iclasları artıq inzibati binanın yeni otaqlarında keçirilir. 

Bələdiyyə sədri olaraq atdığımız ilk addım  isə kənd ərazisində abadlıq işlərinin görülməsi, aztəminatlı ailələrə maddi dəstəyin göstərilməsi  ilə bağlı qərar olub. 

Bu gün BAMS-ın verdiyi imkandan tam şəkildə yararlanmağa çalışan Nohurqışlaq bələdiyyəsi ötən ilin  aprel -may ayı  ilə müqayisədə, cari ildə  büdcə gəlirlərini iki dəfədən çox artırmağa nail olub. 

Belə ki, ötən ilin aprel-may aylarında 6.517 manata qarşı, cari ildə 13.312 manat vəsait əldə olunub. 

Bələdiyyələrin büdcə gəlirlərinin artırılması üçün təkmilləşdirilmiş  BAMS proqramında hər bir şərait yaradılıb. Lakin bəzi normativ hüquqi sənədlərə düzəlişlərin edilməsi büdcə gəlirlərinin artımına imkan verə bilər. Bütün hallarda əldə edilən vəsait  seçicilərin problemlərinin həllinə yönəldilir.

Bununla bağlı bəzi məqamlarla bağlı təklif verən xanım sədr qeyd edib ki, bələdiyyə tərəfindən görülən işlər zamanı ödənilən vəsaitin  ƏDV-dən azad olunması, habelə ərazidə yerləşən mehmanxanaların məişət tullantılarının daşınması üçün xidmət haqlarının bələdiyyəyə ödənilməsi bələdiyyələrin büdcə gəlirlərinin artımına səbəb ola bilər. 

Bizim bu gün əsas məqsədimiz seçicilərimizə layiqincə xidmət etməkdir və bu istiqamətdə ciddi şəkildə çalışır və bütün qüvvələrimizi səfərbər etməyə nail olmuşuq.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/