Belarusun regionlarında da Azərbaycan diasporunun fəaliyyəti gücləndirilir
İyunun 30-da Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə Bakıda Belarus-Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov və Konqresin sədr müavini Rövşən Əliyevlə görüşüb.
Görüşdə Belarusda Azərbaycan diasporunun perspektiv fəaliyyətindən danışılıb, həmçinin regionlarda da diasporun gücləndirilməsi, təbliğat və təşviat işlərinin yeni istiqamətlərdə aparılması yolları qeyd olunub. Xüsusən Belarusdakı gənclərin diaspor işinə cəlb edilməsinin əhəmiyyəti vurğulanıb.
Sonda Fuad Hüseynzadə Belarus-Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırova Təşəkkürnamə təqdim edib. Bununla yanaşı, Fuad Hüseynzadə tərəfindən diaspor üzvlərinə kitablar da təqdim olunub.
Belarus-Azərbaycan İcmaları Konqresinin rəsmiləri göstərilən diqqətə görə öz minnətdarlıqlarını bildiriblər.
Diaspornews.az
Mənbə: Diaspornews.Az