“Bavariya” futbolçusu ilə vidalaşdığını açıqlayıb
Almaniya təmsilçisi “Bavariya” müdafiəçisi Erik Dayerlə yollarını ayırıb.
“Report” xəbər verir ki, bu barədə Bundesliqa kollektivinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, İngiltərə millisinin müdafiəçisi 2024-cü ildən “Bavariya”da çıxış edirdi. Karyerası ərzində ən çox ölkəsinin “Tottenhem” klubunun heyətində meydana çıxan Dayer 274 qarşılaşmada 12 qol vurub.
Mənbə: Report.Az