Allahverdi Həsənli: “Bununla həm də bələdiyyə büdcəsinə əlavə vəsaitin daxil olmasına çalışacağıq”
Allahverdi Həsənli: “Bununla həm də bələdiyyə büdcəsinə əlavə vəsaitin daxil olmasına çalışacağıq”
“Əhmədli bələdiyyəsi hər daim Xətai RİH -in rayonda həyata keçirdiyi layihələrə öz dəstəyini verməyə çalışır”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Allahverdi Həsənli deyib.
Sədrin sözlərin görə, bu Əhmədli qəsəbəsinda əsaslı şəkildə aparılan abadlıq-quruculuq işlərinə, habelə qəsəbədəki gül-çiçəkliklərin qorunması, mühafizəsi və onlara aqrotexniki qulluğun göstərilməsi üçün yeni kiçikhəcmli su maşını əldə edib.
Avtomaşın quraşdırılan 500 litrlik su çəni vasitəsi ilə qəsəbədə gündəlik olaraq sulanmayan yaşıllıq zolaqları sulanır.
Sədr qeyd edib ki, su maşını həm də əhalinin ehtiyacları üçün də istifadə edilməsi nəzərdə tutulur. Sözsüz ki, bununla həm də bələdiyyə büdcəsinə əlavə vəsaitin daxil olmasına çalışacağıq.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/