BƏLƏDİYYƏ

Görüş Nİzami bələdiyyəsinin təşkilatçılığı ilə baş tutub 

Görüş Nİzami bələdiyyəsinin təşkilatçılığı ilə baş tutub 

“26 İyun ” Silahlı Qüvvələr Günü” münasibəti ilə Bakş şəhər Nizami bələdiyyəsinin təşkilatçılığı  və sabiq bələdiyyə üzvü, iş adamı Ramin Əhmədovun dəstəyi ilə şəhid ailələri ilə görüş təşkil olunub”- bu barədə Belediyye.infoya məlumat adıçəkilən bələdiyyədən daxil olub.

Görüş torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilməklə başlanılıb.

Görüşdə bildirirlib ki, ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimiz xalqımız tərəfindən hər zaman ehtiramla yad edilir, onların ailələrinə diqqət və qayğı göstərilir.

Görüşün sonunda şəhid  və qazi ailələri onlara göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqları ifadə edilib və qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini qeyd ediblər.

Mənbə: Meneviyyat.Az/