HƏRBİ

Məzun: Heydər Əliyev adına Hərbi İnstitutda ixtisasımla bağlı zəruri hərbi biliklər qazanmışam

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutdan məzun olan zabit, leytenant Nihat Əliyev ali məktəbdə ixtisası ilə bağlı zəruri hərbi bilikləri qazandığını bildirib.

O, “Report”a açıqlamasında hərbi təhsil müəssisəsindən məzun olduğu üçün qürurlu olduğunu söyləyib:

“Burada yüksək səviyyədə təhsil alıb leytenant rütbəsinə yiyələnmişəm. Buna görə də valideynlərimə, Hərbi İnstitutun komandanlığına və müəllimlərimə təşəkkür edirəm. Hava Hücumundan Müdafiə Qoşunları fakültəsindən məzun olmuşam. Tədris dövründə ixtisasımızla bağlı zəruri hərbi biliklər qazanmışam, eləcə də ixtisasımın incəliklərini öyrənmişəm”.

Mənbə: Report.Az