FİDAN FƏRZƏLİYEVA YAZIR: Belediyye.info informasiya portalının dəyərli kollektivi!
FİDAN FƏRZƏLİYEVA YAZIR: Belediyye.info informasiya portalının dəyərli kollektivi!
Sizi Belediyye.info informasiya portalının 10 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, bu əlamətdar gün münasibətilə Sizə və rəhbərlik etdiyiniz komandaya ən xoş arzularımı çatdırıram.
Belediyye.info saytı ötən 10 il ərzində yerli özünüidarəetmə sahəsində informasiya dəstəyi baxımından ölkəmizin qabaqcıl və nüfuzlu platformalarından birinə çevrilmişdir. Portal, bələdiyyələrin fəaliyyəti ilə bağlı ictimaiyyətin düzgün və obyektiv məlumatlandırılmasında, şəffaf idarəçiliyin təşviq olunmasında, eləcə də vətəndaşların maarifləndirilməsi və ictimai iştirakçılığın gücləndirilməsi istiqamətində mühüm və davamlı fəaliyyət göstərmişdir.
Bu 10 illik fəaliyyət dönəmində portalın informasiya siyasəti və jurnalist yanaşması həm ictimai qurumların, həm də yerli özünüidarəetmə orqanlarının etimadını qazanmış, vətəndaşlar üçün etibarlı və peşəkar məlumat mənbəyi olmuşdur. Saytın gündəlik fəaliyyəti, yayımladığı analitik materiallar, qanunvericilik yenilikləri ilə bağlı operativ şərhlər və sahə mütəxəssisləri ilə keçirilən müsahibələr cəmiyyətimizdə bələdiyyə institutunun daha dərindən anlaşılmasına mühüm töhfə vermişdir.
Bu uğurlu fəaliyyətin arxasında dayanan rəhbərlik və redaksiya heyətinin əzmkarlığı, obyektivliyi və yüksək peşəkarlığı təqdirəlayiqdir. Xüsusilə rəhbər olaraq Sizin – Vuqar Tofiqli cənablarının bu illər ərzində nümayiş etdirdiyiniz liderlik keyfiyyətləri, məsuliyyətli və prinsipial mövqeyiniz, informasiya təhlükəsizliyi və maarifçilik istiqamətindəki dəqiq yanaşmalarınız sayəsində Belediyye.info saytı öz sahəsində öncül mövqe qazanmışdır.
Bu yubiley münasibətilə Sizə və dəyərli komandanıza möhkəm cansağlığı, yeni-yeni nailiyyətlər, cəmiyyətin inkişafına xidmət edən fəaliyyətinizdə daimi uğurlar arzu edirəm. Əminəm ki, Belediyye.info gələcəkdə də yerli özünüidarəetmənin təşviqi və ictimai məlumatlandırma istiqamətində etibarlı tribuna olaraq fəaliyyətini davam etdirəcəkdir.
Bir daha 10 illik yubiley münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Dərin hörmətlə,
Fidan Fərzəliyeva
Şabran şəhər bələdiyyəsinin sədri
Mənbə: Meneviyyat.Az/