“Əsasnamə” təsdiq edilib
“Əsasnamə” təsdiq edilib
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyun 2025-ci il tarixli 173 nömrəli qərarı ilə “Bələdiyyələrlə iş” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib.
Əsasnamə “Bələdiyyələrlə iş” informasiya sisteminin (BİİS) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.
BİİS-in formalaşdırılmasının məqsədi dövlət idarəetməsinin optimallaşdırılmasından, eləcə də yerli özünüidarəetmə sahəsi üzrə təhlil aparılmasından, proqnoz və hesabatların hazırlanmasından və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsindən ibarətdir.
BİİS-in sahibi və operatoru funksiyalarını Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.
“Bələdiyyələrlə iş” informasiya sistemi haqqında Əsasnamə” ilə linkə (https://e-qanun.az/framework/59826) keçid edərək tanış olmaq mümkündür.
Mənbə: Meneviyyat.Az/