Bələdiyyə sədri: “İnanıram ki, BAMS -ın verdiyi imkanlardan və vergi ödəyicilərinin səyi ilə cari ildə məhz qarşımıza qoyduğumuz hədəfə çatacağıq”
Bələdiyyə sədri: “İnanıram ki, BAMS -ın verdiyi imkanlardan və vergi ödəyicilərinin səyi ilə cari ildə məhz qarşımıza qoyduğumuz hədəfə çatacağıq”
“Bu gün hədəfimiz debitor borcumuzu tam şəkildə büdcəyə cəlb etməkdir”- bu fikirləri Belediyye.infoya Şabran rayonu, Ağalıq bələdiyyəsinin sədri Elnur Beybalayev deyib.
Sədrin sözlərində görə, əvvəlki illərdə formalaşdırlmış vergi-uçot sisteminindəki mövcud boşluqları aradan qaldıra bilsək büdcə gəlirimizi dəfələrlə artıra biləcəyik.
Məhz mövcud boşlulqar hesabına hələki büdcə gəlirində ciddi artıma nail ola bilməmişik. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 1000 manata çatmır.
Ödur ki, əsas vəzifəmizdən biri də məhz vergi-uçot sistemindəki boşluqları aradan qaldırmaqdır.
Ötən il təxminən 7700 manata qarşı, cari ildə 8700 manat əldə edilib. Bu vəsaitin 40-45 faizi əmlak və torpaq vergisindən əldə edilib.
Ərazi yeddi kəndi əhatə etsə də, vergi ödəyicilərinin sayı 1500-dən bir qədər artıqdır. Bu vergi ödəyicilərin yalnız 35 faizədək hissəsinin çıxarışı var.
Çıxarışların olmaması da bizə müəyyən problem yaratmaqdadır. İnanıram ki, BAMS -ın verdiyi imkanlardan və vergi ödəyicilərinin səyi ilə cari ildə qarşımıza qoyduğumuz hədəfə çatacağıq.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/