Bələdiyyə sədri: “Ağalıq kəndindəki Şəhidlər kompleksində əsaslı təmir-bərpa işləri həyata keçirilib”
Bələdiyyə sədri: “Ağalıq kəndindəki Şəhidlər kompleksində əsaslı təmir-bərpa işləri həyata keçirilib”
“Sakinlərin hər bir müraciəti bələdiyyə tərəfindən diqqətdə saxlanılır”-bu fikirləri Belediyye.infoya Şabran rayonu, Ağalıq bələdiyyəsinin sədri Elnur Beybalayev deyib.
Sədr qeyd edib ki, edilən müraciət bütün hallarda bələdiyyə iclasında müzakirəyə çıxarılaraq həlli ilə qərar qəbul edilir.
Hər halda maliyyə imkanları çərçivəsində edilən müraciətlər öz həllini tapır. Sakinlərin müraciəti əsasında Şəhidlər kompleksində əsaslı təmir işləri bü günlərdə başa çatıb.
Belediyye.info xəbər verir ki, döşəmə hissəsindəki qranit örtüyü təmir olunub, ərazidə mexaniki bərkitmə işləri aparılıb, tamet daşları və yaşıllıq zolaqlarındakı səkilərə daş düzülüb, mövcud bulaq təmir edilib.
Şəhidlər kompleksində gecə işıqlandırılması üçün tədbirlər görülüb.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/