MƏDƏNİYYƏT

“Azərbaycanfilm”: Kinostudiya gündəlik fəaliyyətini davam etdirir

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası dünənki patlayışdan sonra hazırda gündəlik fəaliyyətlərini davam etdirdikləri ilə bağlı məlumat yayıb.

Kinostudiyadan “Report”a verilən xəbərə görə, hadisə uzun müddət istifadə olunmayan anbarda baş verib.

“Azərbaycanfilm” kinostudiyasının binası zərər görməyib, xəsarət alan yoxdur”.

Məlumatda həmçinin vurğulanıb ki, kinostudiya gündəlik fəaliyyətini davam etdirir:

“Pavilyonlarda film çəkilişləri ilə bağlı dekorasiyalar qurulur, kastinqlər aparılır. Hazırda rejissor Vaqif Mustafayevin “Molla Nəsrəddin – çətin günlərimin dostu” filminin çəkilişləri davam edir. Növbəti çəkiliş günləri üçün dekorasiyalar qurulur”.

Kinostudiya yerli və xarici istehsalçı şirkətlərlə əməkdaşlığa açıq olduqlarını da bildirib.

Məlumat üçün xatırladaq ki, dünən gecə saatlarında kinostudiyanın pirotexnika anbarında partlayış olub.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir