“Sabah” klubu legioneri ilə yeni müqavilə imzalayıb
“Sabah” klubu qapıçısı Stas Pokatilovla müqavilənin müddətini artırıb.
Bu barədə “Report”a paytaxt təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Qazaxıstan millisinin üzvü ilə mövsümün sonunda başa çatan sözləşmənin müddəti daha bir il uzadılıb.
Qeyd edək ki, Pokatilov 2025-ci ilin yanvarından “Sabah”ın uğurları üçün çalışır. O, son mövsümdə komandanın heyətində ümumilikdə 19 oyun keçirib.
Mənbə: Report.Az