Polşada Silahlı Qüvvələr Günü münsibətilə Sulkeviç və Yadigarovun xatirələri yad edilib
Polşanın paytaxtı Varşavada 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Matsey (Məmməd) Sulkeviç və Vəli bəy Yadigarovun xatirələri yad edilib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova
“Silahlı Qüvvələr Günü münasibətilə səfirlik və Varşavanın Praqa-Poludne rayonunun meri Polşa və Azərbaycan mənşəli 2 görkəmli hərbi xidmətçinin – general Matsey Sulkeviç və polkovnik Vəli bəy Yadigarın xatirəsini anmaq üçün Yuzef Polinski parkında anım mərasimi keçiriblər”, – diplomatın paylaşımında qeyd olunub.
Onun sözlərinə görə, tədbirə Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və bələdiyyə nümayəndələri, habelə deputatlar, Milli Yaddaş İnstitutunun rəhbərliyi, ölkənin müftisi Tomaş Miskeviç qatılıblar.


Mənbə: Report.Az