“Neftçi” qapıçısı ilə müqavilənin müddətini uzatdığını açıqlayıb
“Neftçi” klubu qapıçısı ilə Emil Balayevlə müqavilənin müddətini uzadıb.
“Report” xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.
Anlaşmaya əsasən, 31 yaşlı futbolçu 2026-cı ilin yayınadək Bakı təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan və 2011-2014-cü illər aralığında də komandanın qapısını qorumuş Balayev 2023-cü ilin yayında kluba qayıdıb. O, milli komandanın heyətində 14 oyun keçirib.
Mənbə: Report.Az