DÜNYA

KİV: Tramp yeni FES rəhbəri təyinatını erkən elan edə bilər

ABŞ prezidenti Donald Tramp sentyabr və ya oktyabr aylarına qədər Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pauelin yerinə namizəd seçib elan etməyi düşünür.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” öz mənbələrinə istinadən məlumat yayıb.

Qəzetin həmsöhbətlərindən birinin fikrincə, Donald Trampın Pauelə qarşı qəzəbi onu bu yayın daha əvvəl açıqlama verməyə sövq edə bilər.

ABŞ prezidenti bu vəzifə üçün FES-in keçmiş sədri Kevin Uorş və Milli İqtisadi Şuranın direktoru Kevin Hassetti nəzərdən keçirir.

Təklif edilən digər namizədlər arasında maliyyə naziri Skott Bessent, Dünya Bankının keçmiş prezidenti Devid Malpass və FES Rəhbərlər Şurasının üzvü Kristofer Uoller də var.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir