BƏLƏDİYYƏ

İsrafil Hüseynov: ” Buzovna bələdiyyəsi növbəti layihəni başa çatdırıb”

İsrafil Hüseynov: ” Buzovna bələdiyyəsi növbəti layihəni başa çatdırıb”

“Seçicilərin irəli sürdüyü bütün məsələlərin diqqətdə saxlanılması artıq hər bir sədr üçün həm də vəzifə borcu hesab olunur”- bu fikirləri Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri İsrafil Hüseynov bildirib. 

Bələdiyyəyə edilən müraciətə əsasən “Zağulba” prospektində  yerləşən  sanatoriyanın giriş hissəsindəki uzun illər əvvəl düzəldilmiş  mozaikanin təmir-bərpa işlərini bələdiyyə iclasının qərarına əsasən öz öhdəsinə götürüb.  15 İyun “Milli Qurtuluş günü” ərəfəsində ərazinin layihə üzrə bərpa işləri tam başa çatdırlıb. 

Sədr qeyd edib ki, unikal bir layihə olan bu mozaika Buzovna qəsəbəsinin simvollarından birinə çevrilib. Mozaika tam bərpa edilib, ətrafında gül çiçəkliklər əkilərək aqrotexniki qulluq gostərilib. Həm də mozaikanın qarşı tərəfinə isə asfalt vurulub.  

Sədr bildirib ki,  bələdiyyə ərazini bundan sonra da  daim diqqətdə saxlayacaqdır.

Belediyye.info 

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir