DÜNYA

İranın ali lideri ABŞ-ni hədələyib

İran ABŞ tərəfindən yeni hücumlar olacağı təqdirdə onun hərbi bazalarına zərbələrin təkrarlanacağını istisna etmir.

“Report” “Tasnim”ə istinadən xəbər verir ki, bunu İranın ali lideri ayətullah Əli Xamenei bildirib.

O qeyd edib ki, İranın regionda ABŞ-nin mühüm mərkəzlərinə çıxışı var və zərbələrlə bağlı insidentlərin təkrarlanacağı halda onlara qarşı müvafiq tədbirlər görə bilər.

Ə.Xamenei İranın ABŞ-nin regiondakı mühüm hərbi bazalarından birinə – Əl-Üdeydə (Qətər) əhəmiyyətli ziyan vurduğunu söyləyib.

Onun sözlərinə görə, amerikalılar bu bazaya dəyən ziyanın miqyasını azaldırlar.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir