Avstraliya Rusiyadakı jurnalistlərə sanksiyalar tətbiq edib
Avstraliya Rusiyada fəaliyyət göstərən jurnalistlərə, iri müəssisələrin rəhbərlərinə qarşı sanksiyalar tətbiq edib.
“Report” xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Penni Vonq məlumat verib.
“Avstraliya bu gün Rusiyanın hərbi iqtisadiyyatını daha da zəiflətməyə yönəlmiş növbəti sanksiyalar paketini təqdim edib. Yeni paket öznüdə maliyyə məhdudiyyətləri, 37 vətəndaş və 7 təşkilat üçün Avstraliyaya giriş qadağasını ehtiva edir.”, – deyə o əlavə edib.
Mənbə: Report.Az