Təmraz Tağıyev: “Bələdiyyələrin vahid informasiya sisteminin yaradılması və onun dövlət informasiya sistemi kimi qəbul edilməsi, həm də bələdiyyəyə olan diqqətin göstəricisidir”
Təmraz Tağıyev: “Bələdiyyələrin vahid informasiya sisteminin yaradılması və onun dövlət informasiya sistemi kimi qəbul edilməsi, həm də bələdiyyəyə olan diqqətin göstəricisidir”
“Bələdiyyə qanunvericiliyə aid bir sıra qanunlara əlavə və düzəlişlərin edilməsi ilə bağlı qanun layihələrinin müzakirəsi nəticə etibari ilə bələdiyyə haqqında cəmiyyətdə yaranan neqativi aradan qaldırmaqla yanaşı, həm də bələdiyyələrin büdcə gəlirlərinin artımına səbəb olacaqdır”- bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin videokonfrans formatında keçirilən iclasında Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.
Sədr qeyd edib ki, tədiyə bildirişlərinin 2027-ci ildən sonra tamamailə elektron formada vergi ödəyicilərinə təqdim edilməsi nəticə etibari ilə bələdiyyələrin üzərinə düşən məsuliyyət yükünü artırmış olacaq, həm də müəyyən mənada büdcə vəsaitlərinə qənaət etməyə imkan verəcəkdir.
Bələdiyyələrin vahid informasiya sisteminin yaradılması və onun dövlət informasiya sistemi kimi qəbul edilməsi, həm də bələdiyyəyə olan diqqətin göstəricisidir. Bu məqam nəticə etibari ilə bələdiyyələrin cəmiyyətdə formalaşan çəki və nüfuzuna müsbət mənada təsir etmiş olacaqdır.
Sədr inandığını bildirib ki, bələdiyyələr tərəfindən 2027-ci il yanvarın 1-dən sonra tam şəkildə bütün bildirişlərin elektron qaydada təqdim edilməsi üçün müvafiq proqram təminatının həyata keçirilməsi başa çatdırılacaqdır. Lakin bununla yanaşı sədr təklif edib ki, müəyyən operativ əməliyyatların aparılması üçün bələdiyyə iclasının qərarı ilə əlavə maliyyə fondunun təsis edilməsi məsələsinin gündəmə gətirilməsi , həm də maliyyənin operativ şəkildə istifadəsinə şərait yaratmış olacaqdır. Bu həm də vətəndaş məmnunluğunun vaxtında təmin edilməsinə şərait yaratmış olar.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/