“Sülh Quşu” Trampın yeni ŞOUSU: İran-İsrail müharibəsi bitməyib? – ŞƏRH
Ötən gün ABŞ lideri Donald Tramp İsrail və İran arasında gedən müharibənin 12-ci günündə atəşkəs elan edib. Bu, ABŞ-ın İranın nüvə obyektlərinə etdiyi hava hücumlarına qarşı gözlənilən, əsasən simvolik və diqqətlə səhnələşdirilmiş qisas cavab əməliyyatından, sadəcə saatlar sonra baş verib.
Lakin bundan sonra tərəflər dəfələrlə atəşkəsi pozdular. Səbri tükənən Tramp Netanyahuya qışqıraraq hücumu dayandırmağı əmr edib.
Maraqlıdır görəsən, İran-İsrail münaqişəsi həqiqətən dayandırıldımı? Tramp nüvə məsələsi ilə bağlı istəyinə çatdı? Turkustan.azolaraq bu suallarımızı politoloq Vəli Əlibəyova ünvanladıq.
Vəli Əlibəyov
Mən ümumiyyətlə müharibənin bitdiyinə şübhə edirəm. Tramp bunu elan etdi, ancaq o, bunu bir növ marketing, özünü dünyaya sülh prezidenti kimi göstərmək üçün də edə bilərdi. Ötən gündən bəri atəşkəsin dəfələrlə pozulduğunu görürük. Müharibə hələ davam edir, real atəşkəs yoxdur. Bu müharibənin sonu barədə danışmaq tezdir.
Mediayaya ötürülən məlumatlar dəqiq olmadığı üçün, reallıqda bilmirik ki, İsrail və ABŞ-ın nüvə obyektlərinə vurduğu zərbələr nə ilə nəticələnib. ABŞ və İsrailin real istəyi İranda rejimin dəyişmək, orada ABŞ-a yaxın bir hökumət formalaşdırmaq, demokratik sistem qurmaq və İranın sərvətlərinə çıxışı asanlaşdırmaq idi. Lakin nə ABŞ nə də, İsrail bu məqsədlərinə çata bilmədi. Amma əminəm ki, onlar bu istəkləri üçün çalışacaqlar.
Aytən Yaşar/ Turkustan.az
Mənbə: Turkustan.Az