Qvadelup və BTQ arasında əməkdaşlığa dair memorandum imzalanıb – YENİLƏNİB
Fransanın müstəmləkəçilik siyasətinin əsarətində olan Qvadelup adasına həsr olunmuş “Qvadelupun dekolonizasiyasına doğru! Çağırışlar və perspektivlər” adlı beynəlxalq tematik konfrans çərçivəsində Bakı Təşəbbüs Qrupu və MİR Qvadelup arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
“Report” xəbər verir ki, Memorandumu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov və MİR Qvadelup təşkilatının prezidenti, Beynəlxalq Dekolonizasiya Cəbhəsinin (FID) katibi Joze Martin Jan Pyer imzalayıblar.
Memorandum partiyalar, QHT-lər, müstəqillik hərəkatları arasında yalnız siyasi müstəvidə deyil, ətraf mühit, mədəniyyət və digər sahələrdə də sıx əməkdaşlığı nəzərdə tutur.
Qvadelup və Bakı Təşəbbüs Qrupu (BTQ) arasında əməkdaşlığa dair memorandum imzalanacaq.
“Report” xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Bakıda keçirilən “Qvadelupun dekolonizasiyasına doğru: problemlər və perspektivlər” adlı beynəlxalq tematik konfransda jurnalistlərə açıqlamasında danışıb.
O qeyd edib ki, Qvadelupla əməkdaşlıq yalnız siyasi sahəni deyil, ətraf mühit və digər sahələri də əhatə edir.
Fransa müstəmləkəçiliyi barədə hesabatlardan da söz açan A.Abbasov vurğulayıb ki, BTQ mütəmadi olaraq hesabat hazırlayır və bu hesabatlar BMT-yə təqdim olunur.


Mənbə: Report.Az