“Politico”: Tramp Zelenski ilə bu gün NATO sammiti çərçivəsində görüşməyi planlaşdırır
ABŞ Prezidenti Donald Tramp iyunun 25-də Şimali Atlantika Alyansının Haaqa sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək niyyətindədir.
“Report” xəbər verir ki, bu barədə Amerikanın “Politico” qəzeti məlumat yayıb.
Ağ Ev nümayəndələri arasından olan mənbənin sözlərinə görə, Amerika lideri çərşənbə günü Zelenski ilə görüşməyi planlaşdırır.
“Politico” xatırladıb ki, iyunun 24-də Tramp Zelenski ilə NATO sammiti çərçivəsində görüşün mümkünlüyünü etiraf edib, lakin bunun baş tutub-tutmayacağını və ya ikitərəfli olub-olmayacağını dəqiq açıqlamayıb. ABŞ Prezidenti jurnalistlərə “Bəli, yəqin ki, onu görəcəyəm” deyib.
Vaşinqton administrasiyasının rəhbəri Zelenskiyə nə deyəcəyini soruşduqda belə cavab verib: “Mən deyəcəyəm: “Necəsən?”. “Zelenski çətin vəziyyətə düşdü, buna düşməməli idi”, – ABŞ Prezidenti əlavə edib.
Mənbə: Report.Az