İDMAN

“Neftçi”nin sabiq baş məşqçisi Çempionlar Liqasında mübarizə aparan komandada işləyə bilər

“Neftçi”nin sabiq baş məşqçisi Miodraq Bojoviç karyerasını ölkəsində davam etdirə bilər.

“Report” RTCG-yə istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis Monteneqronun “Buduçnost” klubunda bu posta namizədlər siyahısındadır.

Ötən mövsüm liqada birinci yeri tutan komanda UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Ermənistan təmsilçisi “Noa” ilə üz-üzə gələcək. Klub rəhbərliyi komanda və azarkeşlərlə münasibəti korlandığı üçün baş məşqçi İvan Brnoviçi istefaya göndərmişdi.

Qeyd edək ki, son olaraq İranda “Esteqlal” komandasında işləyən M.Bojoviç 2023-cü ilin dekabrından 2024-cü ilin iyununa qədər “Neftçi”nin baş məşqçisi olub.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir