SİYASƏT

Jan-Jakob Bisep: Biz müstəmləkə irsindən xilas olmaq əzmindəyik

Biz müstəmləkə irsindən xilas olmaqda qətiyyətliyik – “Müstəmləkəçiliyə yox” şüarı sadəcə bir sloqan deyil, Qvadelup xalqının şüurlu siyasi mövqeyidir.

“Report” xəbər verir ki, bunu Qvadelupun Azadlığı Uğrunda Xalq Birliyinin (UPLG) baş katibi Jan-Jakob Bisep Bakıda keçirilən “Qvadelupun dekolonizasiyasına doğru: problemlər və perspektivlər” adlı konfransda bildirib.

“Biz artıq xalqımızın müstəmləkəçilik zülmü altında yaşamasına yol verə bilmərik. Biz susmaq niyyətində deyilik və susmayacağıq. Biz ədalət və həqiqət axtarırıq. Bu gün Bakıda keçirilən konfrans kimi tədbirlərdə iştirakımız onu göstərir ki, bizdə inam, ümid və müstəmləkə irsindən xilas olmaq üçün əlimizdən gələni etmək əzmi yaşayır”, – o vurğulayıb.

Göstərilən dəstəyə görə Azərbaycana və Bakı Təşəbbüs Qrupuna minnətdarlığını bildirən Bisep beynəlxalq həmrəyliyin vacibliyini qeyd edib.
“Azərbaycan xalqı bizim üçün qardaş xalqdır. Coğrafi uzaqlığa baxmayaraq, bizi ümumi məqsəd birləşdirir – bu, ədalət uğrunda mübarizədir”, – o bildirib.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir