İDMAN

Azərbaycan atletləri Sloveniyada Avropa çempionatına uğurla start veriblər

Azərbaycan atletləri Sloveniyanın Maribor şəhərində keçirilən komandalararası Avropa çempionatına uğurla start veriblər.

“Report” xəbər verir ki, 3-cü Divizionda yer alan Azərbaycan milli komandasının ilk yarış günündə mübarizəyə qoşulan üzvlərindən Əlhəm Nağıyev və Lamiyə Vəliyeva ilk “üçlüy”ə düşüblər.

Ə.Nağıyev 100 metr məsafəyə qaçışda 10.42 saniyə nəticə ilə 14 atletin mübarizə apardığı yarışda 1-ci yeri tutub.

Eyni məsafəyə qaçışda qadınların mübarizəsində L.Vəliyeva 11.62 saniyə göstərici ilə 2-ci olub.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir