Rusiyanın raket zərbəsi nəticəsində Dneprpetrovsk vilayətində 11 nəfər həlak olub – YENİLƏNİB
Rusiya Silahlı Qüvvələrinin Dneprpetrovsk vilayətinə (Ukrayna) endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.
“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Dneprpetrovsk vilayəti Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak bildirib.
Onun sözlərinə görə, Dneprdə səkkiz nəfər həlak olub, 84 nəfər yaralanıb. Yaralılardan 62 nəfər xəstəxanaya yerləşdirilib. Hazırda yeddi nəfərin vəziyyəti ağırdır.
Bildirilib ki, Samarada iki nəfər həlak olub, 11 nəfər yaralanıb.
Bundan əlavə, müxtəlif infrastruktur obyektləri zərər görüb.
Dneprə (Ukrayna) səhər saatlarında endirilən zərbə nəticəsində yaralıların sayı 153 nəfərə çatıb.
“Report” Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bunu Dnepropetrovsk vilayət hərbi administrasiyasının (VHA) rəhbəri Sergey Lısak bildirib.
O əlavə edib ki, yaralılardan 12 nəfərin vəziyyəti ağırdır: “Artıq 18 uşağa tibbi yardım göstərilib”.
Mənbə: Report.Az