İDMAN

PFL rəsmisi UEFA tərəfindən təyinat alıb

Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.

“Report” xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

O, UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin iyulun 10-da keçiriləcək “Torpedo-BelAZ” (Belarus) – “Rabotniçki” (Şimali Makedoniya) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda baş tutacaq.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir