A Seriyası təmsilçisi “Fiorentina”nın futbolçusunu transfer edib
İtaliya A Seriyası təmsilçisi “Torino” “Fiorentina”nın müdafiəçisi Kristiano Biraqini transfer edib.
“Report” xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Ötən mövsümü “Torino”nun heyətində icarə əsasında keçirən futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Mənbə: Report.Az