Yasamal bələdiyyəsinin sədri sakinlərlə növbəti görüşü keçirib
Yasamal bələdiyyəsinin sədri sakinlərlə növbəti görüşü keçirib
Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədovun və aparatın məsul işçilərinin iştirakı ilə Abbas Mirzə Şərifzadə küçəsi 144 ünvanında “Qələbə Residence” MTK –nın sakinləri ilə səyyar görüşü keçirilmişdir. Səyyar görüşdə çıxış edən bələdiyyənin sədri Tahir Məmmədov ilk öncə sakinlərə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənovun
salamlarını çatdırdı. Sakinlərin binanın həyətində abdlıq işlərinin aparılması,ağacların budanması,qurumuş ağacların götürülməsi və digər məsələlərlə bağlı arzu və təklifləri dinlənildi, səsləndirdikləri məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.Sakinlər adından bələdiyyənin məhəllə komitəsinin sədri Sürəyyə Həsənova rayon ərazisində görülən işlərə görə Yasamal rayon İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənova və
Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədova öz minnətdarlığını bildirdi. Sonda “Qələbə Residence” MTK –nın məhəllə komitəsinin sədri Həsənova Sürəyyə Akif qızı Azərbaycan vətəndaş Cəmiyyətinin İnkişafında,gənclərin hərbi vətənpərvərlik ruhunun aşılanması və bələdiyyə vətəndaş vəhdətinin möhkəmlənməsi istiqamətində aktiv fəaliyyətinə görə Yasamal bələdiyyəsinin Fəxri fərmanı ilə təltif edilmişdir. Rayon ərazisində sakinlərlə səyyar görüşlə bələdiyyə tərəfindən mütəmadi olaraq davam etdirilir.
Mənbə: Meneviyyat.Az/