Seymur Həsənov: “Əldə olunan təcrübə tələbələrin gələcək peşəkar fəaliyyətlərinə hazırlıq baxımından mühüm əhəmiyyət daşıyacaqdır”
Seymur Həsənov: “Əldə olunan təcrübə tələbələrin gələcək peşəkar fəaliyyətlərinə hazırlıq baxımından mühüm əhəmiyyət daşıyacaqdır”
“Bakı Biznes və Kooperasiya Kollecinin “Bələdiyyə işi” ixtisası üzrə III kurs tələbələri 2025-ci ilin iyun ayından etibarən bələdiyyədə istehsalat təcrübəsinə başlamışlar”- bu fikirləri Səbail rayonu, Badamdar bələdiyyəsinin sədri Seymur Həsənov istehsalat təcrübəsinə gələn tələbələrlə keçirilən görüşdə səsləndirib.
Sədr bildirib ki, təcrübənin əsas məqsədi tələbələrin nəzəri biliklərini praktik fəaliyyətlə birləşdirməsi, vergi qanunvericiliyi, yerli idarəetmə və maliyyə hesabatlarının aparılması sahəsində bacarıqlarını inkişaf etdirməkdir. Görüşdən əvvəl tələbələr bələdiyyə inzibati binasında bələdiyyə qulluqçularının fəaliyyəti üçün yaradılan şəraitlə tanış olublar.
Tələbələrə uğurlar arzulayan sədr sonda bildirib ki, təcrübə mübadiləsi zamanı tələbələr bələdiyyənin müvafiq şöbələrində sənədlərlə işləmə, vergi hesabatlarının hazırlanması və yerli idarəetmə strukturunun fəaliyyəti ilə yaxından tanış olacaqlar.
Seymur Həsənov qeyd edib ki, əldə olunan təcrübə tələbələrin gələcək peşəkar fəaliyyətlərinə hazırlıq baxımından mühüm əhəmiyyət daşıyacaqdır.
Görüşdə Badamdar bələdiyyəsinin sədr müavini Samir Məmmədov və bələdiyyə qulluqçuları iştirak ediblər.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/