Rusiyanın Ukraynaya hücumu nəticəsində iki nəfər həlak olub
Rusiyanın Ukraynanın Çerniqov vilayətinə PUA hücumu nəticəsində iki nəfər həlak olub.
“Report” xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Çerniqov Vilayət Dövlət Administrasiyasının rəhbəri Vyaçeslav Çausa istinadən xəbər verir.
Qeyd olunub ki, iyunun 22-si axşam Rusiya qüvvələri Çerniqov vilayətinin kəndlərindən birinə hücum edib. Zərbə “Lanset” tipli kamikadze dronları ilə endirilib.
Hücum nəticəsində iki nəfər həlak olub. Daha on nəfər yaralanıb, onlardan üçü uşaqdır.
Mənbə: Report.Az