GÜNDƏM

İstanbulda qəbul edilən qətnamə İrəvanda təşviş yaradıb: Ölkə “türk tələsi”nə salınıb

Ermənistan hakimiyyəti ölkəni “türk tələsi”nə salıb.

Turkustan.az xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalifətçi deputatı, “Mənim şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan sosial şəbəkələrdə yazıb.

O, Ermənistanın baş nazirinin Türkiyəyə səfərindən dərhal sonra İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən sammitinin yekunu üzrə qəbul edilmiş qətnaməyə diqqət çəkib.

“Bakının irəli sürdüyü sənəddə “Qərbi Azərbaycan” adlandırılan Ermənistana “məcburi köçkün düşmüş azərbaycanlıların qayıtmaq” hüququndan bəhs edilir. Ermənistan sülh müqaviləsinin imzalanması yolundakı “maneələri” aradan qaldırmağa çağırılır. Hakimiyyət ölkəni “türk tələsi”nə sürükləyib, Ermənistanın yeganə rolu zərbə almaq və buna dözməkdir”, – Abramyan yazıb./publika.az









Mənbə: Turkustan.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir