Gün ərzində 150 ailəyə qurban payı paylanılıb
Gün ərzində 150 ailəyə qurban payı paylanılıb
Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin təşkilatçılğı ilə Qurban bayramı münasibətilə qəsəbədə yaşayan şəhid ailələrinə, eləcə də aztəminatlı ailələrə bayram sovqatları paylanılıb.
Bu barədə məlumatı adıçəkilən bələdiyyədən daxil olub.
Bələdiyyədən bildirilib ki, qurum əməkdaşları həmin ailələrin hər birini ziyarət edərək, onların bayram sevinclərinə qoşulublar. Ailələrə qurban payları və müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar təqdim edən bələdiyyənin rəsmiləri, onları təbrik ediblər.
Bildirilib ki, gün ərzində 150 ailəyə qurban payı paylanılıb.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/