BƏLƏDİYYƏ

Gün ərzində 150 ailəyə qurban payı paylanılıb

Gün ərzində 150 ailəyə qurban payı paylanılıb

Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin təşkilatçılğı ilə Qurban bayramı münasibətilə qəsəbədə yaşayan şəhid ailələrinə, eləcə də aztəminatlı ailələrə bayram sovqatları paylanılıb.

Bu barədə məlumatı adıçəkilən bələdiyyədən daxil olub.

Bələdiyyədən  bildirilib ki, qurum əməkdaşları həmin ailələrin hər birini ziyarət edərək, onların bayram sevinclərinə qoşulublar. Ailələrə qurban payları və müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar təqdim edən bələdiyyənin rəsmiləri,  onları təbrik ediblər.

Bildirilib ki, gün ərzində 150 ailəyə qurban payı paylanılıb.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir