Ədliyyə Nazirliyi “Mobil icra” tətbiqini istifadəyə verdi
Ədliyyə Nazirliyi “Mobil icra” tətbiqini istifadəyə verdi
Bu innovativ tətbiq fiziki və hüquqi şəxslərə – həm borclulara, həm də tələbkarlara icra işlərinə dair bütün zəruri məlumatlara real vaxt rejimində çıxış imkanı yaradır.
Mobil İcra tətbiqini həm “App Store”, həm də “Google Play”dən yükləmək mümkündür. İstifadəçilər “Digital Login” sistemi vasitəsilə qeydiyyatdan keçərək və şəxsi kabinet yaradaraq tətbiqdən istifadə edə biləcəklər.
Tətbiq sayəsində istifadəçilər şəxsi kabinetləri vasitəsilə icra işinin statusunu, tətbiq olunmuş məhdudiyyətləri və icra tədbirlərinin nəticələrini izləyə, eləcə də icra sənədlərini vahid mənbədən əldə edə biləcəklər.
Yeni tətbiqin istifadəyə verilməsində məqsəd şəffaflıq və hesabatlılığın artırılması, məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsi, icra proseslərinə nəzarətin artırılması, həmçinin fiziki və hüquqi şəxslərə rəqəmsal həllərə əsaslanan operativ xidmətlərin təqdim edilməsidir.
Mənbə: Meneviyyat.Az/