MƏDƏNİYYƏT

Azərbaycanlı fleyta ifaçısı Parisdə beynəlxalq mükafata layiq görülüb

Azərbaycanlı fleyta ifaçısı Fransanın paytaxtı Parisdə keçirilən musiqi müsabiqəsində beynəlxalq mükafata layiq görülüb.

“Report”un Fransa bürosunun verdiyi məlumata görə, azərbaycanlı fleyta ifaçısı Ağarəhim Quliyev Fransada nüfuzlu “Gabriel Fauré Dünya Musiqisi Müsabiqəsi”ndə uğur qazanıb.

O, 2025-ci il üzrə müsabiqənin ən ali mükafatı olan “Star Grand Prize ” (Böyük Mükafat Ulduzu) ilə təltif olunub.

Qeyd edək ki, bu beynəlxalq müsabiqə hər il dünya miqyasında tanınmış və istedadlı musiqiçiləri bir araya gətirir.

Ağarəhim Quliyevin çıxışı münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və onun ifasında həm texniki ustalıq, həm də emosional dərinlik xüsusi vurğulanıb.

Qeyd edək ki, “Gabriel Fauré Dünya Musiqi Müsabiqəsi” Fransanın paytaxtı Parisdə təşkil olunan beynəlxalq onlayn musiqi müsabiqəsidir.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir