BƏLƏDİYYƏ

Telman Süleymanov: “Vətənin ağır günündə xalq  Azərbaycanın görkəmli oğlunu  Bakıya dəvət etdi və ….”

Telman Süleymanov: “Vətənin ağır günündə xalq  Azərbaycanın görkəmli oğlunu  Bakıya dəvət etdi və ….”

“1997-ci ildən Azərbaycanda 15 iyun tarixi Milli Qurtuluş Günü kimi qeyd edilir”- bu fikirləri Xəzər rayonu Şüvəlan bələdiyyəsinin səri Telman Süleymanov bildirib. 

Sədrin fikrincə, 1993-cü ilin yayında ölkəmizdə vətəndaş müharibəsi təhlükəsi yarandığı bir vaxtda, Vətənin ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi.   Təkidli çağırışdan sonra Heydər Əliyev xalqın və respublikanın ziyalı və samballı insanlarının dəvətini qəbul edib Bakıya gəldi və çox qısa zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. 

Sədr qeyd edib ki, Azǝrbaycan Milli Mǝclisinin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ölkǝnin ümummilli lideri Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu, bununla da Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən qurtuldu. 

Və bu gün məhz Ulu öndərin yadığarı olan bələdiyyə sisteminin təmsilçiləri  də dövlətimizin varlığı  və inkişafına təhfəmizi verməli, vətəndaş məmnunluğunun təmin edilməsi üçün sözümüzü deməliyik. 

Bayramınız mübarək!

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir