İDMAN

“Barselona” rəsmisi Şensnı ilə müqavilə müddətini uzadacaqlarını təsdiqləyib

İspaniya təmsilçisi “Barselona”nın idman direktoru Deku qapıçıları Voytsex Şensnı ilə müqavilə müddətini uzadacaqlarını təsdiqləyib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı qolkiperlə 2 illik sözləşmə imzalanacaq.

Məsələnin rəsmiləşməsi üçün müəyyən sənədlər hazırlanır.

Qeyd edək ki, Voytsex Şensnı ötən il oktyabrda karyerasını bərpa etdikdən sonra “Barselona”ya transfer olub.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir