Şuşada Bülbülün ev-muzeyini ziyarət edən Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev öz təəssüratlarını bölüşüb.
“Report” xəbər verir ki, ukraynalı diplomat bu barədə“X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Şuşa şəhərinə səfərim zamanı əfsanəvi opera müğənnisi Bülbülün ev-muzeyini ziyarət etmək şərəfinə nail oldum. Onun oğlu Polad Bülbüloğlu – tanınmış bəstəkar, diplomat və mədəniyyət xadimi ilə tanış olmaq mənim üçün xüsusi zövq idi. Onun Ukraynaya dəstəyinə görə minnətdaram”, – Y.Qusev yazıb.
During a visit to Shusha I had the honor to visit the house-museum of the legendary opera singer Bulbul.
It was a special privilege to meet his son, Polad Bulbuloglu — a renowned composer, diplomat, and cultural figure.