BƏLƏDİYYƏ

Təmraz Tağıyev: “Qərbi  Azərbaycanlıların ən çox məskunlaşdığı Nərimanov rayonunda  daim ahıl  sakinlər diqqətdə saxlanılır” 

Təmraz Tağıyev: “Qərbi  Azərbaycanlıların ən çox məskunlaşdığı Nərimanov rayonunda  daim ahıl  sakinlər diqqətdə saxlanılır” 

“Xeyirxahlığın, insanpərvərliyin, bərabərliyin rəmzi olan müqəddəs Qurban bayramı ölkəmizdə yüksək dövlət səviyyəsində qeyd edilir”- bu barədə məlumatı Qərbi Azərabycan İcması Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib. 

Təmraz Tağıyevin sözlərinə görə, müqəddəs Qurban bayramı münasibətilə  əslən Qərbi Azərbaycandan  olan 103 yaşlı Fatma İsmayılovanın ailəsi  ziyarət olunmuş və qurban payı təqdim edilmişdir.

Rayon təşkilatın sədri bildirib ki,  Qərbi  Azərbaycanlıların ən çox məskunlaşdığı Nərimanov rayonunda  daim ahıl və yaşlı sakinlər diqqətdə saxlanılır. 

Belediyye.info

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir