BƏLƏDİYYƏ

Ötən il İmişli bələdiyyələrinin büdcə gəliri  niyə  45 faiz azalıb? 

Ötən il İmişli bələdiyyələrinin büdcə gəliri  niyə  45 faiz azalıb? 

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2024-ci ildə İmişli  rayonunda formalaşan 29 bələdiyyənin büdcə gəliri 424.000 manat olub. Bu 2023-ci llə müqayisədə 45 faiz azalma deməkdir.  Əldə edilən gəlirin 15.0 faizi vergilərdən, 85.0 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 7.2 faizi torpaq, 7.9 faizi əmlak vergisindən daxil olub.  

İmişli bələdiyyələrinin büdcə gəlirinin 59.6 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

İmişli  bələdiyyələri ötən il 84.200 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 16 faiz az deməkdir.  İl ərzində İmişli bələdiyyələrinə 86.200 manat dotasiya ayrılıb. İcarə haqqlarından bələdiyyə büdcəsinə 173.000 manat və ya 20.4 faiz artıq vəsait daxil olub.  Bu rüsum növü ümumi büdcə gəlirinin 40.8 faizini  təşkil edib.

Bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən 300 manat daxil olub.

Mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən bələdiyyə büdcəsinə 500 manat maliyyə vəsaiti daxil olub. Bununla yanaşı bələdiyyə büdcəsinə il ərzində bələdiyyə müəssisələrinin mənfəət vergisindən,  avtodayanacaqlardan,  daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən hər hansı maliyyə vəsaiti daxil olmayıb.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir