DÜNYA

Braziliyanın cənubunda hava şarının yerə düşməsi nəticəsində 8 nəfər ölüb

Braziliyanın cənubunda yerləşən Santa-Katarina ştatında hava şarı qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə qubernator Jorjinyu Melu “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Məlumata görə, onun içərisində 21 nəfər olub.

“Hadisə nəticəsində 8 nəfər həlak olub, 13 nəfər sağ qalıb. Yaralılara lazımi tibbi yardım göstərilir”, – o vurğulayıb.

“Metrópoles” portalının məlumatına görə, naməlum səbəbdən şarda yanğın baş verib. Daha sonra isə hava şarı qəzaya uğrayıb.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir