İDMAN

“Sheki Open” turnirinin açılış mərasimi keçirilib

“Sheki Open” turnirinin açılış mərasimi keçirilib.

“Report” Azərbaycan Şahmat Federasiyasının (AŞF) mətbuat xidmətinə istinadən xəbər verir ki, festivalda 8 ölkədən 300-dək şahmatçı iştirak edir.

Şahmatçılar A və B qruplarında mübarizə aparırlar. Hər iki qrupda yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olmaqla təşkil olunur.

Yarışın mükafat fondu 23 450 manat təşkil edir. A qrupunun qalibi 5 100, B qrupunda ilk yeri tutacaq şahmatçı 1 000 manat qazanacaq.

Festival çərçivəsində həmçinin blits və rapid üzrə turnirin keçirilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, festival AŞF-nin “Chess Tour Azerbaijan” layihəsi çərçivəsində keçirilir. Bu, layihənin sayca ikinci yarışıdır. Yarışa iyunun 24-də yekun vurulacaq.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir