Səfir: Belarus Azərbaycan sənayesinin inkişafında iştirak edir
Belarus Azərbaycanda həyata keçirilən müxtəlif infrastruktur layihələrində iştirak edir.
“Report”un məlumatına görə, bu barədə jurnalistlərə Belarus səfiri Dmitri Pineviç bildirib.
“Biz sənayenin inkişafında iştirak edirik”, – diplomat qeyd edib.
O, həmçinin Laçına səfəri ilə bağlı sevincini ifadə edib. “Özündə bu qədər elementləri ehtiva edən bu şəhərdə olmaqdan böyük zövq alıram”, – səfir vurğulayıb.
Mənbə: Report.Az